London polisi terror planı hazırlamaqda şübhəli bilinən üç qadını saxlayıb.
Sabahinfo.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, qadınlar 18-19 yaşlarındadırlar. Hazırda onlar Londondan bir qədər uzaqlıqda yerləşən müvəqqəti saxlanma təcridxanasındadırlar. Qadınlar terror aktının planlaşdırılması, hazırlığı və terrora təhrikdə şübhəli bilinirlər.