Lukaşenkodan onu Quranı öpdüyünə görə tənqid edənlərə CAVAB

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 11-də Belarusa səfərində Minksdə məscidin açılışında iştirak etmişdi. Belarus müftisi Əbubəkir Şabanoviç Ərdoğana Qurani-Kərim hədiyyə etmiş, o isə müqəddəs kitabı öpərək alnına qoymuşdu. Belarus lideri Aleksandr Lukaşenko da türkiyəli həmkarının hərəkətini təkrar etmişdi.

"Qafqazinfo"nun "Hurriyet"ə istinadən verdiyi məlumata görə, Lukaşenkonun bu addımı ölkəsində birmənalı qarşılanmayıb. O isə açıqlama verərək bildirib ki, Belarusda on minlərlə müsəlman yaşayır və onlarla bu günə qədər heç bir problem baş verməyib.

"Mən müsəlmanların da prezidentiyəm. Onlar bizə heç bir vaxt problem yaratmayıblar. Belarusda bütün xalqlar tək bir xalqı formalaşdırır.

Qurani-Kərimi öpməyimə gəlincə, bildirim ki, Rəcəb Tayyib Ərdoğanla bilrikdə məscidin açılış mərasimindəydik. Ona hədiyyə olunan Quranı öpərək alnına qoydu. Mənə də Quran verdilər, nə etməliydim? Türkiyə prezidentinin hərəkətini mən də təkrarladım", - A. Lukaşenko söyləyib.