Maliyyə Bazarlarına Nəzarət Palatasında YENİ TƏYİNAT

Maliyyə Bazarlarına Nəzarət Palatasında daha bir təyinat olub.

Sabahinfo.az bildirir ki, bu barədə report-a adı çəkilən qurumdan deyilib.

Məlumata görə, Aqşin CahangirovPalatanın Sığorta bazarına nəzarət departamentinin Qeyri-həyat sığortası infrastrukturuna nəzarət sektorunun müdiri vəzifəsinə təyin edilib.

O, vaxtilə Milli Depozit Mərkəzinin İdarə Heyəti sədrinin 1-ci müavini işləyib.