Bankda manat hesabı ilə pul vəsaitin var, ancaq onu bankomatda dollara çevirərək çıxara bilmirsən. Bir sıra banklar bu prosesə məhdudiyyətlər tətbiq etməyə başlayıb.
sabahinfo.Az xezerxeber.com-a istinadən bildirir ki, bəzi banklar müştərilərinə hesablarındakı manatı dollar hesabı ilə çıxarmasına məhdudiyyət tətbiq etməyə başlayıblar. Halbuki, müştərilərin bankların məzənnələrinə uyğun olaraq bu hesablardan manat vəsaitlərini dollarla əldə etmək seçimləri hər zaman olub. Ekspertlər bildirir ki, banklar belə bir seçim təqdim etməli olmalarına baxmayaraq bəzi şəxslər də bu vəziyyətdən sui istifadə edirlər.
Ekspert Rəşad Həsənov bildirir ki, hazırda bazarı dollarla təmin etməli olan Mərkəzi Bank bu funksiyasını tam icra etmir və hərraca çıxarılan xarici valyuta ancaq Dövlət Neft Fondunun bazara çıxardığı vəsaitdən ibarət olur. Bu isə bankları xarici valyutaya möhtac etdiyindən onlar maliyyə sabitliklərini təmin etmək üçün müxtəlif məhdudiyyətlər tətbiq etməyə məcbur olurlar.
Ancaq Rəşad Həsənov bildirir ki, bəzən banklar xarici valyutada da vəsaiti olan şəxslərə də qərəzli yanaşırlar. Bu isə qəbul edilməzdir.
Ekspert bildirir ki, belə halla rastalaşan vətəndaşlar öz haqqlarını tələb etmək üçün dərhal Maliyyə Bazarlarına Nəzarət Platasına müraciət etməlidirlər.