Rusiyanın baş naziri Dmitri Medvedyev Skolkovo şəhərində keçirilən "Açıq innovasiyalar" Forumundan başqa iştirakçılarla birlikdə təcili çıxarılıb.
Sabahinfo.Az TASS-a istinadən bildjirir ki, diskussiyalar zamanı aparıcı qəflətən deyib: "Bütün iştirakçılardan xahiş edirəm ki, təhlükəsizlik baxımından zalı tərk etsinlər! Təcili!"
RİA Novosti bildirir ki, plenar sessiyanın iştirakçıları zaldan Federal Mühafizə Xidmətinin təkidindən sonrna çıxarılıb. Forumun keçirildiyi binanın əsas zalında tüstü qoxusu var.
İlkin məlumatlara görə, zalın tavannıda kabel alışıb.
Binada yanğın təhlükəsi elan olunmayıb.