Məhbuslar üsyan zamanı kamera yoldaşlarını yedilər

Venesueladakı Taçira həbsxanasında məhkumlar üsyan zamanı bir neçə kamera yoldaşlarını yeyiblər. 

sabahinfo.az xarici mediaya istinadən xəbər verir ki, bu bəyanatla media qarşısında ölənlərdən biri Xuan Karlos Erraranın atası çıxış edib. 

Kişi deyib ki, həbsxanaya oradakı vəziyyət normallaşandan bir neçə gün sonra gedib. Məhkumlardan biri ona oğluna tutulan divanı öz gözləri ilə gördüyünü bildirib. 

 

"Mənim oğlumu və daha iki nəfəri 40 nəfər ələ keçirib. Onlar həmin şəxsləri doğram-doğram edib asıblar ki qanları axsın. Sonra Doranqel (Dorenqal Varqas Venesuelada bir neçə adamın qatili və kannibaldır) onları digərlərinin də yeməsi üçün hazırlayıb”, - Errara vurğulayıb. 

"Dua edirəm ki, heç olmasa, dəfn etmək üçün bircə sümüyünü versinlər, bu mənim dərdimi bir qədər azalda bilər”, - kişi qeyd edib. 

Yerli polisdəki anonim mənbə Fox News Latinoda iki nəfərin öldüyünü təsdiqləyib. 

"Onları doğrayıb qalan məhkumları yedirdiblər, sümüklərini isə gizlədiblər. Doranqeilin nəfsi açılıb”, - o, əlavə edib. 

Venesuelanın həbsxanalar naziri İris Varela da iki nəfərin həqiqətən yoxa çıxdığını bəyan edib, ancaq kannibalizm faktını təsdiqləməkdən imtina edib. 

Taçiredə üsyan sentyabrın 8-də, məhkumların yaxınlarına baş çəkməyə gələn iki nəfəri və iki mühafizəçini girov götürməsindən sonra baş verib.