Almaniya kansleri Angela Merkel Suriyadakı vəziyyətlə əlaqədar Avropa İttifaqına Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyi təklif etmək niyyətindədir.
sabahinfo.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Almaniyanın nüfuzlu "Frankfurter Allgemeine Sonntagszeitung” nəşri məlumat yayıb.
Məlumata görə, Merkel qeyd olunan mövzunu 20-21 oktyabr tarixlərində keçirilməsi planlaşdırılan Aİ sammitində qaldırmaq niyyətindədir.
Nəşr qeyd edir ki, Merkelin təklif edəcəyi sanksiyalar təyyarə istehsalı və müdafiə sənayesi sahələrini əhatə edəcək.
Qəzetin məlumatına görə, ABŞ prezidenti Barak Obama Aİ-nin təşəbbüsə müsbət reaksiya verəcəyi təqdirdə Merkeli dəstəkləyəcəyini vəd edib.