Almaniya kansleri Angela Merkel Tramp ABŞ prezidenti seçildikdən və "Brexit" hadisəsindən sonra bu iki ölkədən asılı olmağın doğru olmadığını deyib.
Merkel hər iki ölkə ilə, o cümlədən Rusiya ilə dostluq münasibətlərini qorumaq istədiyini bildirib.
Lakin Merkel qeyd edib ki, Avropa, eyni zamanda, öz müqəddəratı uğrunda da mübarizə aparmalıdır.