Azərbaycanda valyuta hərraclarının nəticələri ilə bağlı ətraflı məlumatların verilməsi dayandırılıb.
Nə Azərbaycan Mərkəzi Bankı (AMB), nə də Dövlət Neft Fondu (SOFAZ) əvvəlki günlərdən fərqli olaraq, oktyabrın 11-də keçirdiyi valyuta hərracında satılan vəsaitin həcmini açıqlamayıb.
sabahinfo.Az xəbər verir ki, AMB-dən Fins.Az-a bildirilib ki, bu yenilik, hərracların keçirilməsi qaydalarındakı dəyişikliklə bağlıdır. Belə ki, bundan sonra hərraca çıxarılan və satılan vəsaitlərin məbləğləri hər ayın sonunda açıqlanacaq.
Xatırladaq ki, dünən Mərkəzi Bank Dövlət Neft Fondu ilə birgə növbəti ikitərəfli valyuta hərracı keçirib. Hərracda ABŞ dollarının son məzənnəsi 1,5986 manat müəyyən olunub. Hərracda dollara tələbatın nə qədər olduğu və satılan dollar kütləsi barədə məlumatlar isə açıqlanmayıb.