Bakı şəhərində Formula-1 Avropa Qran-pri yarışlarının keçirilməsi ilə əlaqədar ölkəyə gələcək çoxsaylı xarici qonaqların və turistlərin milli və xarici valyutaya ehtiyaclarının kommersiya bankları tərəfindən effektiv ödənilməsi üçün Azərbaycan Mərkəzi Bankının (AMB) iş qrafiki uzadılıb. Bu, qeyri-iş günləri də daxil olmaqla, banklara intensiv nağd pul xidmətlərinin göstərilməsi məqsədi daşıyır.
AMB-dən Axar.az-a bildirilib ki, eyni zamanda, xarici qonaq və turistlərin milli pul nişanlarının dizaynı və mühafizə elementlərinə dair məlumatlarla maarifləndirilməsi məqsədilə Bakı şəhərinin otellərində xüsusi broşürlər yerləşdirilib.