Haiti adasında "Metyu” qasırğasının qurbanlarının sayı 478 nəfərə çatıb.
APA-nın məlumatına görə, bu barədə xəbəri "Reuters” agentliyi yayıb.
Son dəfə ölənlərin sayının 339 nəfər olduğu açıqlanmışdı.
***
saat 10.06
Bakı - APA. Haitidə "Metyu" qasırğası nəticəsində ölənlərin sayı 339 nəfərə yüksəlib.
APA-nın "Reuters"ə istinadən verdiyi məlumata görə, bu barədə yerli hakimiyyət orqanları bildiriblər.
"Metyu" 2007-ci ildən bəri Atlantik okeanındakı ən şiddətli qasırğa sayılır. Qasırğa ABŞ-ın Florida, Corciya, Şimali və Cənubi Karolina ştatlarına yaxınlaşır. Artıq ABŞ prezidenti Florida və Cənubi Karolinada fövqəladə vəziyyət elan edib.