“Metyu" qasırğası 140 can aldı

"Metyu" qasırğası 140 insanın həyatına son qoyub. sabahinfo.az saytı xəbər verir ki, dünyasını dəyişənlərdən 136-sı Qaitidən olub. Hazırda "Metyu" qasırğasının Kuba sahillərinədə çatdığı bildirilir. Bununla əlaqədar Kubada 1 milyondan artıq insan təxliyyə edilib.

 

Qeyd edək ki, ABŞ prezidenti Barak Obama tropk "Metyu" qasırğası ilə əlaqədar Florida ştatında fövqəladə vəziyyət elan edib.ABŞ prezidentinin fərmanı Floridanın bir neçə dairəsinə aid olunub. Həmin ərazilərdə qasırğanın ciddi fəsadlarının ola biləcəyi ehtimal edilir.