Meyxanaçı Kərimin beyninə qan sızdı

Məşhur meyxanaçı Kərim Novruzovun beyninə qəfil qan sızıb.

Sabahinfo.az xəbər verir ki, bu barədə unikal.org-a meyxanaçının bacısı oğlu Rüstəm məlumat verib. O bildirib ki, meyxanaçı Mərkəzi Kliniki Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib:

"Bu hadisə keçən həftənin cümə axşamı günü baş verib. Şəhər xəstəxanalarının birində idi. Amma səhhətində heç bir irəliləyiş olmadığına görə, Mərkəzi Kliniki Xəstəxanaya gətirildi. Dayım Kərim bazar günündən reanimasiyadadır. Artıq yavaş-yavaş özünə gəlir. Bir neçə gündən sonra palataya köçürülməsi gözlənilir”.