Millət vəkili maşından imtina etdi, velosipeddə gəzəcək

Millət vəkili Fazil Mustafa Avropa Oyunları ərəfəsində yolların bağlı olduğu günlər Bakıda avtomobillə yox, velosipedlə gəzəcək. Sabahinfo.az-ın məlumatına görə, bu barədə hafta.az-a açıqlamasında millət vəkilinin özü məlumat verib. O bildirib ki, birinci Avropa Oyunları ilə əlaqədar şəxsi avtomobilindən istifadə etməyəcək:

"Yolların bağlı olması səbəbindən ictimai nəqliyyatdan deyil, uyğun olsa velosipeddən istifadə edəcəyəm. Ancaq şəxsi avtomobilsiz də ötüşmək çətindir”.

Qeyd edək ki, Bakı Şəhər Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədovvətəndaşlara səslənərək, Avropa Oyunları ərəfəsində şəhərdə avtomobil sıxlığını aradan qaldırmaq üçün onları şəxsi avtomobillərindən imtina etməyə çağırıb.