Milli Şura mayın 17-də "Məhsul" stadionunda "Talana son!" tələbi ilə mitinq keçirəcək.
Bu barədə qurumun Koordinasiya Mərkəzinin mayın 7-də keçirilən iclasında qərar
qəbul edilib. Milli Şura mitinqin keçirilməsi ilə əlaqədar Bakı şəhər
İcra Hakimiyyətinə müraciət edəcək.