Miqrantlara 25 milyard dollar xərclədik. Peşman deyilik.
sabahinfo.az xəbər verir ki, bunu Türkiyə Baş naziri Binəli Yıldırım İstanbulda "Miqrasiya və qaçqınlar” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
"Bu insanlıq dramının aradan qaldırılması üçün birlikdə çalışmalıyıq. Yalnız biz miqrantlara 25 milyard dollar xərclədik. Buna görə peşman deyilik. Daha artığını da edərik. Çünki bizim anlayışımızda insanlığı yaşat ki, insanlıq yaşasın deyimi var. Ona görə də bu fədakarlığı davam etdirəcəyik”, - Yıldırım bildirib.