Moldovada keçirilən prezident seçkiləri baş tutmuş hesab edilir.
Trend-in "RİA Novosti"ya istinadən verdiyi xəbərə görə, səsvermədə seçicilərin iştirakı lazım olan 33,3% həddi keçib.
Qeyd edək ki, bu, Moldovada 1997-ci ildən bəri ümumxalq səsverməsi ilə keçirilən ilk prezident seçkilərdir. Bundan əvvəl prezident parlament tərəfindən seçilirdi.
Prezident postu uğrunda 9 namizəd mübarizə aparır. Əsas mübarizə Rusiya ilə yaxınlaşma və Avropaya inteqrasiya tərəfdarları arasında gedir. Rusiya ilə yaxınlaşma tərəfdarı olan namizədlərdən sosialist İqor Dodon və Avropaya inteqrasiya tərəfdarı olan Fəaliyyət və Həmrəylik Partiyasının lideri Mayya Sandu əsas favoritlərdən hesab edilir.