"Mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilməsi planlaşdırılır”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi ənənəvi brifinqdə bildirib.
Zaxarovanın sözlərinə görə, prezidentlərin görüşündə Rusiya, ABŞ və Fransa xarici işlər nazirlərinin iştirakı gözlənilir:
"Görüşdə əsas məqsəd məsləhətləşmələr aparmaq, təmas xəttində hərbi riskləri azaltmaqdan ibarətdir. Görüşün vaxtı və formatı dəqiqləşən kimi, əlavə məlumat veriləcək”.
Moskva hesab edir ki, belə görüşlər danışıqlar prosesinin bərpa olunmasına kömək edəcək.