Rusiyanın paytaxtı Moskva şəhərində baş verən yanğında ölənlərin sayı artıb.
Yanğında zəhərlənən şəxs xəstəxanaya çatdırılsa da onun həyatını xilas emək mümkün olmayıb. Bununla da ölənlərin sayı 17 nəfərə çatıb.
Qeyd olunub ki, Moskva şəhərində baş verən yanğında ölənlərin əksəriyyəti Orta Asiya ölkələrinin vətəndaşlarıdır. Ölənlər `Peçatnıy ekspress` mətbəəsinin anbarında işləyən və yaşayan miqrantlardır. Yanğın onlar yuxuda olarkən başlayıb və miqrantlar tüstüdən boğulublar.
Şəhər meri Sergey Sobyanin isə bildirib ki, yanğında xəsarət alanlar Sklifosovski İnstitutuna və 36 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.
**
Moskvanın şimal-şərqində yerləşən anbarda yanğın baş verib.
Yanğın nəticəsində 16 nəfər ölüb, 4 nəfər xəsarət alıb. Ölənlərin hamısının MDB ölkələrinin vətəndaşları olduqları bildirilir.
Yanğın baş verən anbarın "Peçatnıy ekspress" mətbəəsinə məxsus olduğu bildirilir. Yanğın söndürülüb.
Qeyd olunub ki, Moskvanın şimal-şərqindəki anbarda ölənlərin hamısı yuxuda tüstüdən boğulub. Ölənlər dördüncü mərtəbədəki yataq yerində aşkar edilib.