Moskvada inşa edilən tunel çöküb: - Ölənlər var

Yeni Moskvada Kaluqa şosesində inşa edilən tunel çöküb. 

sabahinfo.Az xəbər verir ki, bu barədə Lenta.ru-ya xüsusi xidmətlərdə olan mənbə bildirib. 

"Kaluqa şosesinin 23-cü km-də inşa edilən təxminən 40 kvadratmetr ərazidə çökmə baş verib”, - agentliyin həmsöhbəti bildirib. 

Hazırda yalnız bir ölən haqqında məlumat var. 

Dağıntılar altında üç-dörd nəfər qala bilər.