Moskvanın "Şeremetyevo” hava limanında "Aeroflot” aviaşirkətinə məxsus "A 321” tipli iki təyyarə toqquşub.
APA-nın "TASS”a istinadən verdiyi xəbərə görə, yedəyə alınan təyyarənin qanadı perronda dayanmış digər təyyarənin qanadı ilə toqquşub.
Məlumata görə, təyyarələrdə qəza zamanı heç kim olmayıb.
Qəzanın səbəbləri araşdırılır.