BMT strukturları Azərbaycan və Ermənistanla Dağlıq Qarabağa qiymətləndirmə missiyasının göndərilməsini razılaşdırmaqda davam edir.
Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.
O bildirib ki, Rusiya prosesə beynəlxalq strukturların qoşulmasını faydalı hesab edir:
"Hazırda Dağlıq Qarabağda və ətraf rayonlarda Beynəlxalq Qırmızı Xaç Komitəsi fəal işləyir. BMT-nin xüsusi agentliklərinə gəldikdə, BMT rəhbərliyi Azərbaycan və Ermənistan tərəfi ilə təmasdadır və Dağlıq Qarabağa kompleks qiymətləndirmə missiyasının göndərilməsinin şərtləri razılaşdırılır".
M.Zaxarova əlavə edib ki, Rusiya BMT-nin Bakı və Yerevanla humanitar yardım məsələlərində əməkdaşlığını dəstəkləyir.