Birləşmiş Millətlər Təşkilatı (BMT) Əfqanıstanda bir neçə gün ərzində baş vermiş ardıcıl zəlzələlərlə əlaqədar dünya ictimaiyyətinə müraciət ünvanlayıb.
Sabahinfo.az xəbər verir ki, Təşkilat Əfqanıstanın Herat vilayətində baş vermiş zəlzələdən zərərçəkənlərə humanitar yardımın artırılmasına çağırır.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandini zəlzələdən sonra xüsusən uşaqların və qadınların çətinliklə üzləşdiklərini qeyd edib.
Xatırladaq ki, Əfqanıstanda bir neçə gün ərzində iki ardıcıl güclü zəlzələ olub.
Hazırda Əfqanıstanı idarə edən “Taliban” hökuməti zəlzələlər nəticəsində 2 mindən çox insanın öldüyünü açıqlasa da, zəlzələ qurbanlarının sayının daha çox olduğu bildirilir.