İsrail və Fələstinlə bağlı Malta tərəfindən hazırlanan qətnamə BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənib. O, Qəzza zolağında döyüşlərdə təcili və uzunmüddətli humanitar fasiləyə çağırır.
Sabahinfo.az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.
12 ölkə sənədin lehinə səs verib, üç ölkə isə bitərəf qalıb. Görüş BMT-nin saytında yayımlanıb.
İclasın əvvəlində Rusiya Federasiyasının daimi nümayəndəsi Vasili Nebenzya Qəzza zolağında dərhal atəşkəsə çağıran mətnə düzəliş təklif edib. Beş ölkə bu təklifi dəstəkləyib, biri (ABŞ) əleyhinə səs verib, doqquz ölkə isə bitərəf qalıb. Səslər yetərli olmadığı üçün düzəliş qəbul edilməyib.