Pop ulduzu Murad Bozun anası Nedret Boz vəziyyəti ağırlaşdığı üçün dünən axşam xəstəxanaya yerləşdirilib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, sağaldıqdan sonra o, bu gün səhər evinə buraxılıb. Övladları və həyat yoldaşı onu tək qoymayıblar.
Qeyd edək ki, müğənninin anası təqaüddə olan müəllimdir.