Myanmada 6,8 bal gücündə zəlzələ: - 4 ölü

Avqustun 24-də Myanmada 6,8 bal gücündə zəlzələ baş verib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Methila şəhərindən 143 km qərbdə yerləşib.

 

Zəlzələ nəticəsində 4 nəfər ölüb, dağıntılar var. Məlumata görə, yeraltı təkanlar paytaxt Yanqonda və Banqladeşin paytaxtı Dəkkədə hiss olunub.