Azərbaycan 2017-ci ildə Pakistana ticarət missiyası göndərməyi planlaşdırır.
sabahinfo.Az Trend-ə istinadən xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-Pakistan işgüzar görüşü zamanı iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Nazir bildirib ki, gələn il yanvarın sonu-fevralın əvvəlində biz Pakistana ticarət missiyası göndərməyi planlaşdırırıq:
"Səfərin məqsədi iki ölkə arasında müxtəlif çeşidli məhsulların ticarət dövriyyəsini artırmaqdır".
Qeyd edəki ki, 2016-ci ilin noyabrında Azərbaycan ixracatın həcmini artırmaq məqsədilə müxtəlif ölkələrə ticarət missiyası göndərib. Artıq Çinə və BƏƏ-yə missiyalar göndərilib. İlin sonunadək analoji missiyanın Misirə göndərilməsi planlaşdırılır.