Nazir: "Ölkəmizə qısa ətəklə gəlməyin"

Hindistanın mədəniyyət və turizm naziri Maxeş Şarma ölkənin kiçik şəhərlərinə səfər edən əcnəbi qadınları qısa ətək geyinməkdən imtina etməyə çağırıb.

Sabahinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, nazir bunu təhlükəsizlik məqsədi ilə tövsiyə etdiyini bəyan edib.


Bundan əlavə nazir turistlərə gecə saatlarında təkbaşına gəzməməyi, istifadə etdikləri taksilərin nişan nömrələrinin fotosunu dostlarına göndərməyi məsləhət görüb.