Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 10 mart - Milli Teatr Günü münasibəti ilə teatr sahəsində uzunmüddətli, səmərəli fəaliyyətlərinə görə Musiqili Teatrın bir neçə əməkdaşını mükafatlandırıb.
Teatrın mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, Əməkdar artist Novruz Əliyev (Qartal) və orkestr artisti Zakir Dadaşov "Mədəniyyət və Turizm Nazirliyinin Fəxri Fərman”ı, quruluşçu rəssam Nabat Səmədova isə "Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunublar.