Nazir: - "Neft qışda 20 dollara düşə bilər"

Əgər OPEK ölkələri neft hasilatının həcminin azaldılmasına dair təcili tədbirlər görməyəcəklərsə, dünya bazarında neftin bir barelinin qiyməti 2017-ci ilin qışında 20 dollara düşə bilər.

sabahinfo.az bildirir ki, bu proqnozu Venesuelanın neft naziri Euloxio del Pino verib.

"Əgər tədbir görülməyəcəksə, qışda qiymətlər yenidən 20 dollar səviyyəsinə düşəcək. Belə olacağı təqdirdə hasilatı "dondurmaq” lazım gələcək, lakin o zaman bu artıq gec ola bilər. Bu səbəbdən tədbirlər indidən görülməlidir”, - deyə nazir qeyd edib