Nazirlər
Kabineti "Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki
baxışının keçirilməsi qaydaları haqqında Nümunəvi Əsasnamə”də dəyişiklik edib.
Dəyişiklik
sərnişin daşımaları ilə bağlı "Yol hərəkəti haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2014-cü il 16 dekabr
tarixli qanunun tətbiqi ilə əlaqədardır.
Dəyişikliyə
əsasən bundan sonra nəqliyyat vasitələrinə dövlət texniki baxışı üçün
avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə
bərabər sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat
vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan
sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının "İcbari sığortalar
haqqında” qanuna uyğun olaraq həyata keçirilməsini təsdiq edən icbari sığorta
şəhadətnaməsi tələb olunacaq.
Nazirlər
Kabineti bununla bağı "Mexaniki nəqliyyat vasitələrinin və onların
qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və
dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”də də müvafiq
dəyişiklik edib.