2015-ci ildə Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) strateji valyuta ehtiyatları 38 milyard 590,8 milyon dollar səviyyəsində olub.
Bu barədə sabahinfo.az SOFAZ-ın 2015-ci ildə fəaliyyəti haqqında hesabatına istinadən xəbər verir.
İl ərzində strateji valyuta ehtiyatlarında 12 milyard 271,6 milyon dollar həcmində və ya 24,1% azalma müşahidə edilib.
Bu azalma enən neft qiymətlərinin Azərbaycan manatının məzənnəsinə mənfi təsirlərinin qarşısını almağa çalışan AMB-nin çoxmilyardlı valyuta intervensiyaları ilə bağlı olub.
Ehtiyatların 87%-i və ya 33,57 milyard dolları Neft Fondunun vəsaitlərinin payına düşüb.
Hesabat ilində SOFAZ-ın valyuta ehtiyatları dollar ifadəsi ilə 9,5% və ya 3,53 milyard dollar həcmində azalaraq, ilin sonuna 33,57 milyard dollar təşkil edib.