Neft ölkəsindən sensasion qərar: - Benzin qadağan edilir

Norveç gələn onillikdə bütün növlərdən olan qazıntı yanacağını qadağan edəcək və planetin ən mütərəqqi ölkəsinə çevriləcək.
sabahinfo.az BBC-yə istinadən xəbər verir ki, siyasi spektrin hər iki tərəfində olan partiyalar 2025-ci ildək Norveçdəki maşınların 100 faizinin yaşıl enerjiyə keçəcəyi barədə razılığa gəliblər.
 
Norveçin Dagens Naeringsliv qəzetinin ölkənin sağ təmayüllü populist Framstegspartiet partiyasına (Tərəqqi Partiyası) istinadən yazır ki, gələn onillikdə bütün benzin işlədən maşınlar yığışdırılacaq.
 
Siyasətçilər deyirlər ki, bu qərar Norveç üçün xüsusi onəm daşıyır, beləki ölkənin əsas maliyyə fondları neft sənayesinə söykənir.
 
Bu hesabatdan əvvəl verilmiş başqa bir bəyanatda isə deyilirdi ki, Norveç meşə qırılmasını sıfır həddinə endirəcək ilk ölkə olmağa hazırlaşır.
 
Norveçdə 2025-ci ilədək benzinlə işləyən maşınların ləğv olunacağı barədə xəbəri sevinclə qarşılayanlardan biri də ABŞ elektrik avtomobilləri istehsalçısı Tesla Motorsun baş icraçı direktoru Elon Musk olub.
 
"Elə indicə eşitdim ki, Norveç 2025-ci ilədək bütün benzin avtomobillərini qadağan edəcək. Necə də ecazkar bir ölkədir. Siz qiyamətsiniz, uşaqlar!” – yazır Musk.
 
Bununla belə, Demokratik və Liberal partiyalar bildiriblər ki, qəbul olunmuş qərarın təfərrüatları hələ də Tərəqqi Partiyası ilə müzakirə olunur.
 
Norveç 2025-dək qazıntı yanacağını qadağan edəcək
 
Britaniya da bu istiqamətdədir
 
Əgər bu qərar tam qəbul olunsa, bu hətta Leyborist Partiyasının 2030-cu ildək dizel və benzinlə işləyən maşınların satışını dayandırmaq planından da daha ambisiyalı addım olacaq, yazır "The İndependent”.
 
Norveçi bərabər təmsilçilikdə idarə edən dörd siyasi partiya habelə elektrik enerjisinə yeni "iqlim vergisinin” qoyulması barədə razılığa gəliblər.
 
"The İndependent” yazır ki, Norveçdə hazırda avtomobillərin 24 faizi elektriklə işləyir. 
 
Bundan başqa Norveçdə elektrik enerjisinin 99 faizini su-elektrik stansiyaları istehsal edir.
Üstəlik, Norveç 2020-ci ilədək külək enerjisinin həcmini 3 dəfə artırmağı planlaşdırır. Bu məqsədlə bu sahəyə 2013-cü ildə qəbul edilmiş sənədə əsasən 3 milyard dollar vəsait ayrılıb.
 
Bu arada Britaniyada hakim Mühafizəkar Partiya yaşıl enerji növlərinə "sədaqət andı içsə də” ölkənin enerji problemini şist neftinin və nüvə stansiyalarının hesabına həll etməyə can atmasına görə tənqid olunur.
 
Buna baxmayaraq Britaniyada bərpa olunan enerji istehsalına yatırımlar ötən il 25 faiz artırılıb