Neftin qiyməti sürətlə bahalaşır

Dünya bazarlarında neftin qiyməti sürətlə bahalaşmaqda davam edir.

sabahinfo.Az-ın məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 1,77% bahalaşaraq bir barelə görə 47,66 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində isə WTI neftinin qiyməti 1 barelə görə 2,36% artaraq 45,41 dollara satılıb.

Qeyd edək ki, sentyabrın 28-də Əlcəzairdə OPEK ölkələrinin qeyri-formal görüşü keçiriləcək. Gözlənilir ki, iclasda neft hasilatının dondurulması məsələsi yenidən gündəmə gətiriləcək.