"Yeni Müsavat" qəzetinin sabiq əməkdaşı, Tofiq Yaqublunun qızı Nərgiz
Yaqublu Rusiyanın Tomsk şəhərində, müalicə olunduğu xəstəxanada vəfat
edib.
O, xeyli müddət idi ki, gənc yaşında yoluxduğu ağır xəstəlikdən
müalicə olunurdu və durumu kritik vəziyyətdə idi. Nə yazıq ki, bu gənc,
gözəl, bu gün-sabah ana olacaq xanım ağır xəstəliyə qalib gələ bilmədi
və bütün sevənlərini, dostlarını, iş və əqidə yoldaşlarını qəhərə boğdu.
Artıq sosiaı şəbəkədə yüzlərlə istifadəçi Nərgizin vaxtsız
vəfatından üzüntüsünü dilə gətirir, bu ağır xəbəri və kədəri bir-birilə
paylaşırlar.