Nigerdə qaçqın düşərgəsinə hücum olub.
sabahinfo.az Xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin qərbində Tazalit qaçqın düşərgəsinə terroristlərin hücumu zamanı 20 nəfər ölüb. Ölən 20 nəfərin əksəriyyəti qaçqın düşərgəsini qoruyan mühafizəçilər.
İnsani yardım təşkilatlarının iddialarına görə, hadisə 10-a yaxın terrorist tərəfindən gerçəkləşdirilib.
Mali və Nigeriya ilə həmsərhəd olan Niger bir müddətdir ki, terror təşkilatlarının hücumları ilə mübarizə aparır.