Növbəti həbsxana qiyamı baş verib, ölənlər var

Braziliyanın şimalında növbəti həbsxana qiyamı baş verib.

Sabahinfo.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Amazonas ştatının ictimai təhlükəsizlik üzrə rəhbəri Serciu Fontes məlumat verib.

Manaus ştatında yerləşən həbsxanada baş verən qiyam nəticəsində 4 nəfər ölüb. İnsidentin səbəbi hələ ki, məlum deyil.
 
Son bir həftə ərzində Braziliyada baş verən üç həbsxana qiyamı 100-dək insanın həyatına son qoyub.