Moskvanın heç bir fəaliyyəti Vaşinqtonun tez və ciddi reaksiyasına ABŞ-ın Demokratlar Partiyasına haker hücumu kimi səbəb olmayıb. sabahinfo.az xarici mediaya istinadən xəbər verir ki, bu guya prezidentliyə Respublikaçılar Partiyasının namizədi Donald Trampa dəstək kimi qəbul olunub.
Məlumatda qeyd edilir ki, Suriyadakı hadisələrinə və Krım situasiyaya Barak Obama və onun administrasiyasının reaksiyası kifayət qədər saklit olub. Ancaq hakerlər məsələsində Vaşinqton kifayət qədər tez hər şeyə görə şübhəli sübutlara baxmayaraq Rusiyanı günahlandırıb.
"Obama hesab edir ki, bu, Rusiya tərəfdən bu təhqir qalanların hamısından daha pisdir. Bu səbəbdən ABŞ prezidenti hesab edir ki, bunu nəzərdən qaçırmaq və cəzasız da qoymaq olmaz”, - məlumatda vurğulanır.
Guccifer 2.0 hakeri ABŞ-ın Demokratlar Partiyasının serverini sındırıb. Nəticədə Milli Komitənin 19 min nüsxə elektron məktubu "WikiLeaks”ın saytında yayılıb. Bu, qalmaqala səbəb olub.
Prezident Vladimir Putin isə bunu anlaşılmazlıq adlandırıb və ittihamlarla bağlı deyib ki, Rusiya dövlət səviyyəsində hakerhücumu ilə məşğul olmur.