Bodrumda meyitləri tapılan ana-bala ilə bağlı DƏHŞƏTLİ FAKT

Bodrumda cəsədləri çarşaflara bükülmüş halda tapılan rus ana və qızının qətli ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb.

Sabahinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qətl şübhəlisinin keçmiş həyat yoldaşının anaya 3 güllə, qızına isə 2 güllə vurduğu, cinayətin silahı olan tapançanı zibilə atdığı müəyyən edilib və daha sonra onun xaricə qaçdığı bildirilib.

Qətl şübhəlisinin tutulması üçün beynəlxalq yazışmaların aparılacağı da qeyd edilib.

Digər tərəfdən, İrina Dvizova və onun keçmiş əri A.K.-nın arasında övladları M.K.-nın qəyyumluğu ilə bağlı mübahisə olduğu üzə çıxıb.

Qadının 6 ayrı şikayəti əsasında keçmiş ərinin ümumilikdə 6 ay müddətinə uzaqlaşdırma qərarı verildiyi üzə çıxıb. Lakin keçmiş ər Türkiyədə olmadığına görə qərar qüvvəyə minməyib.

Xatırladaq ki, Türkiyənin Bodrum kurort bölgəsində iki rus qadının cəsədləri mələfələrə bükülmüş və kəndirlə bağlanmış vəziyyətdə tapılıb. Qətlə yetirilənlər 42 yaşlı model İrina Dvizova və onun 15 yaşlı qızı Dayana olub.