Bu gün Ombudsmanların XIII Bakı Beynəlxalq Konfransı keçirilir. Konfrans "Konstitusion hüquq və azadlıqların təmin olunmasında ölkədaxili və beynəlxalq təşkilatların əməkdaşlığın rolu” mövzusuna həsr edilib.
Konfrans Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 20 illiyinə, BMT və UNESCO-nun 70 illiyinə həsr olunub.
UNESCO-nun dəstəyi ilə təşkil olunan beynəlxalq konfransda Avropa, Asiya və Afrikanın 12 ölkəsindən Ombudsmanlar və onların nümayəndələri, Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, nazirlər, komitə sədrləri və millət vəkilləri, insan hüquqları sahəsində beynəlxalq ekspertlər, nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri, tanınmış hüquqşünas alimlər iştirak edirlər.
Sayca XIII olan ənənəvi Bakı Beynəlxalq Konfransı Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili tərəfindən 12-14 noyabr tarixlərində keçirilir.
Konfransa Avstriya, Rumıniya, Xorvatiya, Sloveniya, Misir, Namibiya, Türkiyə, Pakistan, Rusiya və subyektlərinin, habelə Moldova, Qazaxıstan və Özbəkistanın təmsilçiləri qatılıblar.
Konfransın yekununda iştirakçılar tərəfindən "Bakı Bəyannaməsi” qəbul ediləcək.