OPEK-ə üzv olmayan ölkələr neft hasilatını nə qədər azaldacaq?

Avstriyanın paytaxtı Vyanada OPEK ölkələrinin sammitində neftin hasilatının azaldılması ilə bağlı əldə edilən razılaşma 2017-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək.

sabahinfo.az xarici KİV-ə istinadla xəbər verir ki, bu haqda Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Faleh bildirib.

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı OPEK-ə daxil olmayan ölkələrin 2017-ci ildə gündəlik hasilatı 600 min barelə qədər azaldacağını gözləyir.

 

Bu arada Venesuelanın neft sənayesi naziri Euloxio Del Pino bildirib ki, Rusiya  razılaşmanın icrası üçün yaradılacaq komitəyə üzv ola bilər.

Onun bildirdiyinə görə, neft hasilatının azaldılmasına dair razılaşmaya Rusiya, Qazaxıstan, Oman və Meksika da qoşulmağa hazırdır.

Nazir qeyd edib ki, İraq  sutkada 200 min barel səviyyəsində neft hasilatını azaltmağa razılaşıb.

 

OPEK ölkələrinin Vyanada keçirilən sammitində tərəflər neft hasilatını sutkalıq 1,2 milyon barel azaldaraq 32,5 milyon barel səviyyəsində dondurmağa razı olublar.