Avropa İttifaqı Rusiyanın enerji daşıyıcıları idxalına qadağa qoymaq niyyətində deyil.
Bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Cozef Borrel bildirib.
Qeyd edək ki, bir qədər əvvəl ABŞ prezidenti Co Bayden Rusiyadan enerji daşıyıcıları idxalına qadağa qoyduğunu bəyan edib. O, avropalı tərəfdaşlarının bu qadağaya qoşulmamasını anlayışla qarşılayacağını qeyd edib.