34-cü Osmanlı sultanı II Əbdülhəmidin 11 varisinin 5 ildir davam
edən vərəsəlik məhkəməsinə ABŞ-dakı qızıldərili varisin adı da əlavə
olunub.
Axar.az türk mediasına istinadən xəbər
verir ki, II Əbdülhəmidin birinci nəsil varislərinin məhkəməsində
sultanın nəvəsi Samiyə xatunun ABŞ-da Lari Dappadoka adlı bir
qızıldərili ilə evlənərək onun soyadını aldığı və 23 il əvvəl 78 yaşında
Nyu Yorkda öldüyü məlum olub. İlk evliliyini 1863-cü ildə quran
Əbdülhəmidin qız və oğlan uşaqlarından davam edən soyunun 15 nəfər
olduğu müəyyənləşib.
Qeyd edək ki, hazırda II Əbdülhəmidin xaricdə olan varislərinin sayını müəyyən etməyə çalışırlar.