Pakistan hakimiyyəti hind diplomatı Surjit Sinqxi persona non-qrata elan edib və ölkəni tərk etmək üçün ona 48 saat möhlət verib. sabahinfo.az saytı xəbər verir ki, "Report"un məlumatına görə, bu barədə Pakistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, daha əvvəl Hindistan hakimiyyəti Nyu-Dehlidə Pakistanın səfirliyinin diplomatik işçisinin ölkədən çıxarıldığını elan edib. "The Indian Express" qəzeti cümə axşamı Nyu-Dehli polisinin Pakistan səfirliyinin əməkdaşı Mahmud Axtarı saxladığını xəbər verib. Məlumata görə, o, Hindistanın müdafiəsi ilə bağlı məxfi sənədlərdən məlumatlıdır. Onin şəxsiyyətin araşdırılmasından sonra, diplomatik statusa malik olan Axtarı buraxıblar.
Bundan başqa, polis Racastan vilayətinin iki sakinini saxlayıb. İstintaq orqanları onların Axtarla əlaqəli olduğunu və onu informasiyayla təchiz etdiyini güman edir.