Suriyada ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın avia zərbələri nəticəsində İŞİD-in 3 əsas komandiri öldürülüb. sabahinfo.az saytı xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə naziri Eşton Karter İtaliyada amerikalı hərbi pilotlarla görüşündə bildirib.
Öldürülən İŞİD komandirlərindən ikisi - Saxal Qurmat və Sammi Cedu Parisdə ötən ilin noyabrın 13-də törədilən terror aktının təşkilatçısı olublar.
Parisin "Stade de France" arenası və Sen-Deni qəsəbəsində törədilən terror aktında 130 nəfər ölmüş, 350 insan yaralanmışdı.