Poroşenko Azərbaycana gəlir

2015-ci ilin ikinci yarısında Ukrayna prezidenti Petro Poroşenkonun Azərbaycana rəsmi səfəri planlaşdırılır. 


Bunu Bakıda səfərdə olan Ukrayna xarici işlər nazirinin 1-ci müavini Natalya Qalibarenko deyib. O bildirib ki, bu ilin ikinci yarısında prezident Petro Poroşenko və xarici işlər naziri Pavel Klimkinin Azərbaycana səfərləri nəzərdə tutulub. 

Səfər zamanı iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Ukrayna hökumətlərarası komissiyasının iclası da keçiriləcək