Prezident icra başçısını işdən çıxardı

Prezident İlham Əliyev A.N.Əsgərovun Qazax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sabahinfo.az  AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

Ayaz Nəriman oğlu Əsgərov Qazax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin".

X X X 

Sabahinfo.az bildirir ki, Ayaz Nəriman oğlu Əsgərov 1964-cü ildə Tovuz rayonu Qovlar qəsəbəsində anadan olmuşdur. Azərbaycanlıdır.

Ali təhsillidir. 1989-cu ildə Moskva ət və süd məhsullarının texnologiyası İnstitutunu, 2006-cı ildə isə Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirmişdir. 1989-2006-cı illərdə müxtəlif vəzifələrdə çalışmışdır.
2006-2011-ci illərdə Azərbaycan Respublikasının Nəsimi rayonu İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışmışdır. 6 oktyabr 2011-ci il tarixdə Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə Qazax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, 3 övladı var.