Rusiya prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sessiyasında iştirak etmək üçün oktyabrın 14-də Ermənistana səfərə gedəcək.
sabahinfo.Az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, iclas zamanı əsas diqqət terrorizmlə mübarizə tədbirlərinə yönələcək.
KTMT-nin Yerevandakı iclasında sədrlik Ermənistandan Belarusa keçəcək.