Putin Narışkinə yeni vəzifə təklif etdi

Rusiya prezidenti Vladimir Putin Dövlət Dumasının spikeri Sergey Narışkinə Xarici Kəşfiyyat Xidmətinə rəhbərlik etməyi təklif edib.
 
Bu barədə prezidentin mətbuat katibi Dmitri Peskov vildirib.
 
"Vladimir Putin Narışkinlə görüşdə ona Xarici Kəşfiyyat Xidmətinin başçısı vəzifəsini təklif edib”.
 
D. Peskovun sözlərinə görə, Xarici kəşfiyyat Xidmətinə yeni rəhbərin gətirilməsi haqqqında fərman yaxın günlərdə veriləcək.
 
Qeyd edək ki, S. Narışkin 2011-ci ildən Dövlət Dumasının spikeridir. O, buna qədər 3 ildən çox prezident administrasiyasına rəhbərlik edib.