Rusiya prezidenti Vladimir Putin dekabrın 19-da vəzifə borcunu yerinə yetirərkən faciəvi şəkildə ölən Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun xatirəsini yad edib.
sabahinfo.Az bu barədə TASS-a istinadən xəbər verir.
Rusiyanın başçısı diplomatla vida mərasiminin keçirildiyi XİN binasına gələrək onun tabutu önünə gül qoyub. Putin həmçinin səfirin yaxınları - anası Mariya Aleksandrova Karlovaya, mərhumun həyat yoldaşıMarina Karlovaya, oğlu Genadi Karlova və bacısı Yelena Şirankovaya başsağlığı verib.
Karlovu şəxsən tanıyan və Rusiyanın Türkiyədəki səfirliyində uzun müddət işləyən prezidentin mətbuat katibi Dmitri Peskov da diplomatın tabutu önünə gül qoyub.